“Səbail” klubu heyətdəki legionerlərdən biri ilə müqaviləni uzatmaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət portuqaliyalı yarımmüdafiəçi Pedro Nunudan gedir.
28 yaşlı futbolçu bu yay “Səbail”ə qoşularaq 1 illik müqavilə imzalayıb. İndi isə paytaxt təmsilçisi anlaşmanı 2025-ci ilə qədər uzatmaq istəyir.
Premyer Liqanın digər klublarının legionerə maraq göstərməsi “Səbail” rəhbərliyini belə addım atmağa məcbur edib.
Rəşad Rafiqoğlu, Bizim.Media