Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa”nın Çağırış Kubokunun 1/16 final mərhələsində ilk oyununun vaxtı müəyyənləşib.
Bizim.Media xəbər verir k, Azərbaycan Yüksək Liqasının gümüş mükafatçısı “Panatinaikos”la ilk matçını noyabrın 29-da Afinada keçirəcək.
Görüşün “Qazqas” Kompleksində baş tutacaq. Bakıda keçiriləcək cavab oyununun tarixi hələ bəlli deyil.
Qeyd edək ki, Ziya Rəcəbovun komandası avrokubokların ilk mərhələsində Slovakiyanın “Spartak” klubuna qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media