İngiltərə Premyer Liqasının 9-cu turunda Mersisayd derbisi keçirilib.
Bizim.Media xəbər verir ki, "Liverpul" "Everton"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən görüşdə Məhəmməd Salah dubla imza atıb.
"Liverpul" - "Everton" - 2:0
Qollar: Salah, 75, 90+7
Qırmızı vərəqə: Yanq, 37 ("Everton")
Bu nəticədən sonra "Liverpul" 20 xalla (9 oyun) turnir cədvəlində 1-ci pilləyə yüksəlib, "Everton" isə 7 xalla 16-cıdır. 19 xalla 2-ci pilləyə düşən "Tottenhem" oktyabrın 23-ü keçiriləcək "Fulhem"ə qarşı matçda qalib gəlsə, yenidən liderliyi bərpa edəcək.
Bizim.Media