Federasiya Prezidenti: Oktyabrın 29-da bodibildinq üzrə yubiley çempionatı keçiriləcək

Son illərdə Azərbaycanda bodibildinq və fitnessə maraq xeyli artıb. Xüsusilə paytaxtda fitness idman zallarının sayı günü-gündən artır.

Ancaq bu idman zallarının heç də hamısı beynəlxalq standartlara cavab vermir.Üstəlik, məşqçilər çox vaxt bədən quruluşunu yaxşılaşdırmaq istəyən və yaxud sadəcə sağlamlıq üçün zallara axın edən gənclərə düzgün istiqamət vermirlər. Əslində isə bodibildinqdə məşqçi amili və qidalanma çox önəm daşıyır.

Bizim.Media ilə həmsöhbət olan Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev Azərbaycanda bu sahədə ən güclü mütəxəssis hesab olunur.Elə bodibildinqin ölkəmizdə yaradıcısı da məhz o sayılır.

Beynəlxalq federasiyada mühüm vəzifə tutan azərbaycanlı

Rauf Bünyadəliyev indiyə qədər 20-dən çox mükafata layiq görülüb. O həmçinin Beynəlxalq Bodibildinq Federasiyasının İcraiyyə Komitəsinin üzvü və baş katibin müavinidir. Bu həmin qurumda nüfuzuna görə 5-ci vəzifə sayılır.

Bünyadəliyev bildirir ki, Azərbaycanda Bodibildinq Federasiyasının yaranması 1993-cü ilə təsadüf edib:


“O vaxt 3 federasiya Bodibildinq, Armreslinq və Paverliftinq bir qurum altında birləşmişdi. Məh hesab etdim ki, bodibildinq müstəqil qurum kimi fəaliyyət göstərməlidir. Ona görə də 1993-cü ildə Azərbaycan Bodibildinq Federasiyasını yaratdıq. Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdikdən sonra elə həmin il Beynəlxalq Bodibildinq Federasiyasına üzv olduq. 1994-ci ildə ilk dəfə həm federasiya prezidenti, həm də idmançı kimi beynəlxalq yarışda iştirak etdim.

1998-ci ildə isə Azərbaycanda ilk kommersiya turnirini təşkil etdik. Mükafat fondu 10 min dollar idi. Yeri gəlmişkən, ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev həmin dövrlərdə bizə böyük dəstək verib və indi də onun qayğısını görürük. Biz cənab Prezidentə fəxri medal da təqdim etmişdik.

Əvvəl Avropa, sonra dünya çempionatını

Bakıda keçirtdik. Həmin dövrlərdə beynəlxalq yarışları qəbul etmək çox çətin idi. Çünki rəqabət çox idi. Ölkələr sıraya düzülmüşdü. Bununla belə biz beynəlxalq federasiyanı inandıra bildik. 2001-ci ildə ilk dəfə Avropa çempionatını Bakıya saldıq. Həmin yarışda təmsilçimiz Tahir Faxruddinov qitə çempionu oldu. Komanda hesabında isə 4-cü olduq. 2007-ci ildə növbəti Avropa çempionatı, 2010-cu ildə isə dünya çempionatı Bakıda keçirildi.


Burada çox gərgin rəqabət olmasına baxmayaraq, Azərbaycan 66 ölkə arasında komanda hesabında yalnız Misir və Koreyadan geri qalaraq 3-cü yerə layiq görüldü. 2015-ci ildə Avropa Oyunları ərəfəsində keçirilən nümunəvi turnirdə isə 5 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdıq.

Azərbaycan idmançısı Avropanın ən güclüsüdür

Mən xüsusilə son Avropa çempionatını qeyd etmək istəyirəm. Bu yarışda 15 idmançımızın hamısı medal qazandı. 2 mütləq çempionumuz oldu. Onlardan biri Yusif Nurullayev Avropanın ən güclü idmançısı seçildi.

Yubiley çempionatı

Oktyabrın 29-da bodibildinq üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. “Elektro Hall”da təşkil olunacaq yarış xüsusi əhəmiyyət daşıyır. Çünki turnir federasiyanın yaradılmasının 30 illiyinə həsr olunacaq. Burada 70-dan çox idmançının iştirakı gözlənilir. Yeri gəlmişkən, Azərbaycan çempionatında yalnız federasiya tərəfindən üzvlüyə qəbul olunmuş zalların idmançıları iştirak edəcək. Yarışda mens fizik, bikini fitness, klassik fizik, bikini fitness, klassik fizik, bodibildinq, klassik bodibuldinq və digər növlər üzrə qaliblər müəyyən olunacaq”.


Steroid və biokimyəvi maddələr qəbul etmək olmaz

Rauf müəllim həmçinin son vaxtlar bəzi "məşqçi"lərin idmançıları düzgün yönləndirmədiyini israrla bildirir. Xüsusilə steroidlər və biokimyəvi maddələr, hormonal vasitələrin insan orqanizmi üçün zərərli olduğunu diqqətə çatdıran federasiya rəsmisi gəncləri onların qəbulundan uzaq olmağa çağırır: “Mən xüsusilə valideynlərə səslənirəm. Uşaqlarınızı hara gəldi zala yazdırmayın. Onları peşəkarlara etibar edin. Çünki yalnız peşəkar düzgün məşq keçə, yönləndirə bilər. İndiki halda hamı elə bilir ki, steroidlər, biokimyəvi maddələrlə bədən şişirtmək olar. Ancaq bu ziyandır və qəbuledilməzdir.


Bodibildinq klublarına lisenziya verilməlidir

Rauf Bünyadəliyev xüsusilə bodibuldinq zallarına və klublarına xüsusi lisenziyanın verilməsinin tərəfdarıdır: “Mən dəfələrlə demişəm ki, bu idman növü üzrə yalnız spesifik mütəxəssislər işləməlidir. Ancaq indi kim gəldi zal açır, işləyir. Belə olmaz. Gənclər və İdman Nazirliyi bu işə nəzarət etsə, yaxşı olar. Onlara xüsusi lisenziya verilməlidir. Hətta vəziyyət o həddə çatıb ki, indi artıq yeni alternativ federasiya yaradıblar. Ancaq yeganə və rəsmi federasiya bizik və ötən ilin may ayında nazirlik bizi qeydiyyata alıb”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İş günü qısaldılacaq - Bu tarixdə

İş günü qısaldılacaq - Bu tarixdə

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

End of content

No more pages to load

RADİO