“Turan Tovuz”un rəsmisi: “Ot örtüyünü dəyişmək istəyirik”

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

 - İkinci dövrənin açılış matçında komandanız “Qarabağ”la heç-heçə etdi. Qarşılaşma barədə fikirləriniz necədir? 

- Gözəl bir oyun oldu. İşıqlandırmadan sonra Tovuz şəhərində keçirilən ilk görüş idi. "Qarabağ" çox güclü, Avropada öz sözünü demiş komandadır. Bu cür rəqibə qarşı belə bir oyun oynamaq bizi qürurlandırdı. Azarkeşlərimizə belə gözəl oyun bəxş etdiyimiz üçün daha çox sevinirik. "Qarabağ"a qarşı bərabərlik önəmlidir. Amma ən önəmli olanı belə gözəl oyun ilə heç-heçəyə nail olmaqdır. Ona görə sevincliyik. 

- Rəqib 90-cı dəqiqədə hesabda önə keçəndən sonra xal qazanmaqdan ümidinizi üzdünüz? 

- Biz komandamıza həmişə güvənirik. Hakimin final fitinə qədər ümidimizi üzmürük. Komandamız istər zəif, istərsə də güclü oynasa, bu inam dəyişmir. Biz rəhbərlik olmaqla yanaşı, "Turan Tovuz"un azarkeşiyik. 

- Hesaba alınmayan qolla bağlı fikirləriniz necədir?  

- Məncə, qol idi. Hakimin idarəçiliyi barədə nəsə deyə bilmərəm. Mənə elə gəlir ki, bu epizod qol idi. Siz bunu daha yaxşı qiymətləndirə bilərsiniz. Belə komandaları motivasiyadan salmağa ehtiyac yoxdur. "Qarabağ"ın isə ümumiyyətlə, belə bir şeyə ehtiyacı yoxdur. Hakimlər bir az diqqətli olsalar, daha yaxşı olar. 

- “Huner Group”un Tovuz stadionunda gördüyü işlər göz önündədir. Mövsüm ərzində daha hansı dəyişikliklər gözlənilir? 

- Çox çətin sualdır. İşıqlandırma qurmasaq, akademiya binası tikməsəydik, 3-5 yaxşı oyunçu ala bilərdik. Hətta UEFA Konfrans Liqasına belə gedə bilərdik. Tovuz şəhəri, azarkeşlər axşam radələrində belə işıqlandırmada oyun izləməyə layiqdir. Ona görə də infrastrukturu həll etmədən oyunçular almaq ötəri nailiyyətdir. Ot örtüyünün dəyişdirilməsi ilə bağlı danışıqlar gedir. Bununla bağlı AFFA-ya müraciət etmişik. Dəstək olsalar, məbləğin 50 faizini AFFA qarşılasa, ot örtüyünü dəyişəcəyik. Bu, tək bizim məsələmiz yox, Azərbaycan futbolunun adına olan bir məsələdir. Digər komandalar burada oynayaraq zədələnə bilirlər. Ağdam təmsilçisinin Avropada çox böyük nailiyyətləri var.  

- “Turan Tovuz”un səfərdə daha yaxşı oynamasının süni ot örtüyü ilə əlaqələndirilməsi fikri ilə razısız?  

- Əlbəttə, yüz faiz belədir. Süni ot örtüyündə hər oyunçu oynamır. Texniki oyunçular gətirmişik. Səfərdə oyunlara görə turnir cədvəlinin üst pillələrindəyik. Ev oyunlarında isə bu nəticə ilə sonuncuyuq. Ötən il də belə idi. Dəyişən heç nə olmayıb. Ot örtüyü təbii ilə əvəzlənməsə, heç nə dəyişməyəcək.  

- AFFA-dan bununla bağlı müraciətiniz nə cavab gəlib?  

- Danışıqlarımız gedir. Onları da anlayışla qarşılayırıq. Amma rica etmişik. İsrarla fikirlərimizi onlara çatdırırıq. Tovuz şəhərinin yaxınlığında, 1-2 kilometr şəhərdən məsafədə ərazi almışıq. Aşağı yaş qrupu üzrə komandalarımız oyunlarımı orada keçirəcək.  

- Marketinq layihələrindən “Turan Tovuz” gəlir götürə bilir?  

- Gəlirimiz çox azdır. Gözlədiyimizin 20 faizi dəyərində məbləğ qazanılır. Uşaq futbolunu dəstəkləmək üçün azyaşlı azarkeşlərin stadiona girişini ödənişsiz etmişik. Onlar bizim gələcək azarkeşlərimizdir. Biletin qiymətləri isə baha deyil, 2 manatdır. Turniketimiz yoxdur. Ona görə bəzən nəzarət etmək çətin olur. Bunlar isə zamanla düzələcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İş günü qısaldılacaq - Bu tarixdə

İş günü qısaldılacaq - Bu tarixdə

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Biləsuvarda iki ağır QƏZA: Xəsarət alanlar var

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Birinci Liqa: “Şəfa” “Səbail”ə qalib gəldi - VİDEO

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Netanyahu Livanla birbaşa danışıqlara başlamağı TAPŞIRDI

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

DİQQƏT! Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

İran tərəfdən danışıqlar masasında onlar əyləşəcək – ADLAR

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Hövsanda 1.5 kilometrlik yolda 25 “dinozavr yuvası...” - Video-Yenilənib

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTO

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Pentaqon Roma Papasını HƏDƏLƏDİ

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

End of content

No more pages to load

RADİO