"Neftçi" yayda "Dauqavpils"ə icarəyə verdiyi Ramin Nəsirlini geri qaytaracaq.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçinin U-21 yığmasının heyətində AVRO-2025-in seçmə mərhələsinin Şimali İrlandiya və Lüksemburqa qarşı göstərdiyi performans “Neftçi”nin məşqçilər korpusunun rəğbətini qazanıb.
Əslində, Nəsirlinin “Dauqavpils”lə icarəyə müqaviləsi onsuzda bu ilin sonunda bitəcək. Lakin latviyalılar onunla müqavilə müddətini artırmaq niyyətindədir. Amma yığmadakı performansından sonra Adrian Mutu futbolçunu qış toplanışında kollektivdə olmasını istəyib.
Qeyd edək ki, Nəsirli "Neftçi"nin öz yetirməsidir.
Rəşad Rafiqoğlu, Bizim.Media