AFFA Klublar Komitəsinin iclasının vaxtı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərinin nümayəndələri bu gün saat 15:00-da assosiasiyanın inzibati binasında bir araya gələcəklər.
Klub rəsmiləri daha çox cari məsələlər barədə müzakirə aparacaq.
İclasda klub nümayəndələri bəzi məsələləri AFFA qarşısında qaldırmağı düşünür. Bura hakimlərin idarəçiliyi, əvəzedici heyətlərin maliyyələşməsinə yardım edilməsi və s. daxildir.
Rəşad Rafiqoğlu, Bizim.Media