Fransa Milli Assambleyasının deputatı Valeri Boyer "Əl-İttihad"ın hücumçusu Kərim Benzema ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, ölkənin daxili işlər naziri Cerald Darmanen fransalı hücumçunun terror təşkilatı ilə əlaqələrinin olması ilə bağlı açıqlama verrib.
V.Boyer Benzema ilə bağlı verilən bu açıqlamaya belə münasibət bildirib:
“Nazirin sözləri təsdiqlənərsə, Kərim Benzemaya qarşı sanksiyaları nəzərdən keçirməliyik. Simvolik sanksiya onun “Qızıl top”dan məhrum edilməsidir. Bundan əlavə, biz Benzemanın vətəndaşlıqdan məhrum edilməsi üçün müraciət etməliyik”, - Boyer Twiiter-də yazıb.
Oktyabrın 15-də 35 yaşlı müsəlman hücumçu sosial şəbəkələrdə İsraillə münaqişədə Fələstinə dəstək nümayiş etdirib.
2022-ci ildə Benzema "Qızıl top"u qazanıb. O, bu yaydan “Əl-İttihad”da çıxış edir. Futbolçu Fransa millisində 97 matçda 37 qol vurub.
Bizim.Media