Millimizin baş məşqçisi: “ Məğlub olsaydıq, ərizəmi yazıb getməli idim"

Azərbaycanın U-21 milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda Lüksemburqu 3:2 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, yığmamızın baş məşqçisi Samir Əliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Baxmayaraq ki, Lüksemburq guya autsayderdir, çətin və ağır oyun oldu. Görünən odur ki, rəqib yaxşı komandadır. Oyundan əvvəl onları təhlil etmişdik. Bu komanda Şimali İrlandiyanı səfərdə məğlub etmişdi. Uşaqlar çox gözəl mübarizə apardılar.
İlk 20 dəqiqədə futbolçularda həyəcan var idi. Lüksemburq təşəbbüsü ələ almışdı. Buna baxmayaraq biz öz qolumuzu vurduq. 45-ci dəqiqədə buraxdığımız qoldan sonra oyunçuları ikinci hissəyə hazırlamaq bir az çətin oldu. İkinci hissədə daha üstün oynadıq, qol vəziyyətləri yaratdıq və qalib gəldik.

- Əsas millidən U-21-ə gələn oyunçular özlərini necə göstərdi? Necə düşünürsünüz, A millidə heyətə düşə bilməyənlərin U-21-ə gəlməsi daha yaxşı olmaz?

- Məncə, təkcə əsas millidən gələnlər yox, komandadakı bütün uşaqlar Premyer Liqada oynasalar, daha hazırlıqlı olarlar. Əlbəttə, fərq görünürdü. Emil Səfərov, Nəriman Axundzadə, Cəlal Hüseynov əsas milliyə buradan gediblər. Oyundan qabaq əlaqə saxladılar və bizə kömək etmək istədiklərini bildirdilər. Gəldilər və ürəklə oynadılar.

- Onların çağırılması əvvəlcədən nəzərdə tutulmuşdu?

- Bilirdik ki, A milli ayın 16-sı oynayır, biz isə 17-si. Emil Səfərov dünən əvəzetmədən oyuna çıxmışdı. Özünün istəyi var idi. Mənimlə əlaqə saxlayıb dedi ki,kömək etmək istəyirəm. Biz də qarşısını almadıq.

- Bütün oyunlarda bu cür xarakter göstərmək üçün futbolçularda nə çatmır?

- Xarakter bizdə həmişə var. Bir tərəfdən bəxt bizim tərəfimizdə idi, digər tərəfdən də bəxtsizlik var idi. Bu qədər qol epizodlarından istifadə edə bilmədik. Bu da sırf təcrübəsizlikdən irəli gəlirdi.

- Qapıda Yusif İmanova alternativ yoxdur?

- Azərbaycanda gənc, istedadlı qapıçılar var. Yusif də onlardan biridir. Onun Premyer Liqa təcrübəsi var. Bu gün Yusif oynamasaydı, sual yaranacaqdı ki, niyə oynamır? Rza, Rüstəm, Eldar kimi qapıçılar var. Sadəcə bir nüans var ki, bu uşaqlar Premyer Liqa görmür. Bu gün rəqib sürətli oynayırdı. Bu da səbəbsiz deyil.

Komandada olan futbolçuların əksəriyyəti əvəzedicilər liqasında oynayır. Orada 10 komandadan 8-i oyunlarını süni meydançada keçirir. Süni örtükdən təbiiyə keçəndə problemlər yaranır, öyrəşmək asan deyil. Hər dəfə belə çətinliklərlə üzləşirik.

- U-21-in baş məşqçisi kimi rəsmi oyunda ilk qələbənizi qazandınız. Hissləriniz necədir?

- Xüsusi bir fərq yoxdur. Görünən odur autsayder bizik. Amma buna baxmayaraq biz Şimali İrlandiyanı da udmalı idik. Hələ o matçın şokundan ayılmamışdım. Bu gün də məğlub olsaydıq, artıq ərizəmi yazıb getməliydim. Çıxış yolu tapmalıyıq. Elə şeylər etməliyik ki, bu uşaqlar daim oynasın. Sabah mənim yerimdə kim olsa, bu əziyyətləri çəkəcək. Ayın 9-u toplandıq. İki məşq keçib Şimali İlə oyuna çıxdıq. Artıq aktivimizdə 3 xal var.

- Qarşıda İngiltərə və Ukrayna ilə oyunlar var. Futbolçuların ayaqları əsməyəcək?

- Məncə, əsməyəcək. Çünki, yoldaşlıq oyunlarını çalışırdıq ki, güclü rəqiblərlə keçirək. Bilirdik ki, seçmə mərhələdə nəhənglərlə qarşılaşacağıq. Hesab edirəm ki, onlarla oynamaq daha rahat olacaq.

- Komanda hazırda 4-cü pillədədir. Bundan sonra məqsəd nə olacaq?

- Bizim qarşımıza konkret məqsəd qoyulmayıb. U-21 onun üçündür ki, əsas milliyə oyunçu yetişdirsin. Seçmə mərhələnin sonunda A milliyə daha 2-3 futbolçu versək, bu, nəticə olacaq.

- Bu gün penaltini Nəriman Axundzadənin vurması sizin seçiminiz idi?

- Komandada baş məşqçi var, qərarı baş məşqçi və onun köməkçiləri verir. Meydanda daha təcrübəli oyunçular Nəriman və Emildir. Bunlar vurmalıdır. 

- Fərid Yusiflinin ehtiyatda qalması son oyundakı insidentlə bağlı idi? 

- Xeyr. Fərid çox ağıllı, tərbiyəli oğlandır. Bu, futboldur. Emil Səfərov gəldi deyə belə qərar verdik.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

SON DƏQİQƏ! Rauf Vəliyev vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezidentdən Nadejda İsmayılova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Nadejda İsmayılova ilə bağlı SƏRƏNCAM

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ: Yanvarın 18-də...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ: Yanvarın 18-də...

“Atena” qanunvericiliyi pozdu

“Atena” qanunvericiliyi pozdu

Azərbaycanlı müğənninin Bodrumdakı biznesi BAĞLANDI - VİDEO

Azərbaycanlı müğənninin Bodrumdakı biznesi BAĞLANDI - VİDEO

Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Qoca Səmədovun oğlunun güllələdiyi çobanın SON DURUMU

Qoca Səmədovun oğlunun güllələdiyi çobanın SON DURUMU

Nigar Səfxanova yüksək vəzifəyə təyin olundu – FOTO

Nigar Səfxanova yüksək vəzifəyə təyin olundu – FOTO

Zərdabda odlu silah tapıldı – FOTO

Zərdabda odlu silah tapıldı – FOTO

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

Avtomobil təkərləri niyə qara olur? - Cavab sizi təəccübləndirəcək

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

"Niyaməddin Musayev gecə klublarında oxuyur, PUL QAZANIR"

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

Balıq ovu üçün kvota təsdiqləndi – QİYMƏTLƏR

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

“Biz ədalət istəyirik” – Xalqların haqq səsi Bakıdan ucalır – VİDEO

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Sabiq icra başçısının oğlunun güllələdiyi şəxs çoban imiş... – DETALLAR

Azərbaycana qayıtmaq üçün Pezeşkianla olan bu FOTOLARI göstəribmiş

Azərbaycana qayıtmaq üçün Pezeşkianla olan bu FOTOLARI göstəribmiş

Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi – FOTO

Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi – FOTO

Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ

Qoca Səmədovun oğlu Yevlaxda adam GÜLLƏLƏDİ

"Çox pul versələr də, saqqalımı kəsməyəcəm" - İş axtaranda nələri bilməliyik?

"Çox pul versələr də, saqqalımı kəsməyəcəm" - İş axtaranda nələri bilməliyik?

Tovuzda Körpələr evində İNSİDENT: Xəsarət alan var

Tovuzda Körpələr evində İNSİDENT: Xəsarət alan var

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

“Karvan-Yevlax” bu legionerdən İMTİNA ETDİ

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

Yerli müəlliflərin əsərlərini xarici dillərə kim tərcümə EDƏCƏK?

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO