Ölkəmizi Çelenc kubokunda təmsil edən qadın voleybolçulardan ibarət AZERRAIL klubu bu gün ilk görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, 1/32 finalda komandamızın rəqibi Ukraynanın SC Balta klubu olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşmada qızlarımız qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olublar.
Çelenc kuboku 1/32 final (1-ci oyun) AZERRAIL - SC BALTA 3:0 (25:18, 25:18, 25:18)
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması sabah saat 20:00-da keçiriləcək.




Rəşad Rafiqoğlu, Bizim.Media