“Azərbaycan Milli Antidopinq Agentliyi” (AMADA) publik hüquqi şəxsin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda millət vəkili Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev sədr müavini seçiliblər.
Agentliyin Nizamnaməsinə əsasən, Təhminə Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.
Qeyd edək ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib.
Rəşad Rafiqoğlu, Bizim.Media