Basketbol üzrə Azərbaycan Liqasının yeni mövsümünün oyunlarının coğrafiyası genişləndirilib.
Bizim.Media xəbər verir ki, ötən mövsüm görüşlər əsasən "Sərhədçi" kompleksində keçirilirdisə, indi bölgələrdən gələn komandaların sayının artdığını nəzərə alaraq, səfər görüşləri daha çox olacaq.
Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün açılış mərasiminə həsr olunmuş tədbirində paytaxtla yanaşı, Şəki, Gəncə, Cəlilabad, Xaçmaz, Sumqayıt şəhərlərində də təqvim iclaslarının keçiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, liqada 10 - “Sabah”, “NTD-İNDIQO” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” komandaları oynayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media