Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün avrokuboklarda 2023/2024 mövsümünə start verəcək.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsində ilk matçına çıxacaq.
Ukraynanın “Balta” klubu ilə oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.
Çelenc Kuboku 1/32 final,
ilk oyun 17 oktyabr 20:00.
“Azərreyl” (Azərbaycan) – “Balta” (Ukrayna)
Bakı. Voleybol Mərkəzi.
Rəşad Rafiqoğlu, Bizim.Media