Ukraynanın "Şaxtyor" klubu baş məşqçi Patrik van Leueni istefaya göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin saytı məlumat yayıb.
Niderlandlı mütəxəssislə birlikdə onun bütün məşqçilər heyəti klubu tərk edib. Onun rəhbərliyi altında "Şaxtyor" cəmi 12 rəsmi oyuna çıxıb.
Qeyd edək ki, Leuen bu ilin iyulunda Donetsk təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.
Bizim.Media