İngiltərə millisinin sabiq üzvü Cessi Linqard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Bizim.Media "The Sun"a istinadən xəbər verir ki, “Əl-İttifaq” 30 yaşlı yarımmüdafiəçini transfer etməyə hazırlaşır.
İngilislər 2024-cü ilin yanvarında ərəb klubu ilə müqavilə imzalayacaq. 30 yaşlı futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Lester”, “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem”, “Nottingem Forest” klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media