“Kəpəz” klubu heyətindəki legionerlərdən biri ilə yollarını ayıra bilər. Söhbət belaruslu qapıçı Vladislav Vasilçukdan gedir.
Bizim.Media xəbər verir ki, portuqalıyalı qolkiper İqor Rodrigeşin gəlişindən sonra əsas heyətdəki yerini itirən futbolçu komandanı tərk etmək istəyir.
Qeyd edək ki, Gəncə təmsilçisi Vasilçukla 1 illik müqavilə bağlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media