ABŞ-ın "İnter Mayami" klubu İspaniya "Barselona"sında çıxış edən daha bir futbolçunu heyətinə qatmaq istəyir.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, MLS təmsilçisi Serxio Robertonu transfer etmək niyyətindədir.
31 yaşlı müdafiəçinin yanvarda Kataloniya klubundan ayrılacağı gözlənilir.
Qeyd edək ki, "İnter Mayami"də "Barselona"nın sabiq futbolçuları Lionel Messi, Serxio Buskets və Jordi Alba da çıxış edir.
Bizim.Media