“Araz Naxçıvan”ın müdafiəçisi Abdulla Rzayev digər klublarımızın diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, bu mövsüm inamlı oyunu ilə diqqət çəkən futbolçunu “Neftçi” və “Zirə” öz heyətinə görmək istəyir.
Ancaq futbolçu böyük ehtimalla növbəti mövsüm müqavilə ilə məxsus olduğu “Sabah” klubuna qayıdacaq.
Qeyd edək ki, Abdulla Rzayev ötən mövsüm icarə əsasında “Kəpəz”də oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media