Azərbaycan Atletika Federasiyasının nümayəndələri istedadlı uşaqların müəyyən edilməsi məqsədilə keçirilən layihə çərçivəsində respublikanın müxtəlif bölgələrinə səfər ediblər.
Bizim.Media xəbər verir ki, oktyabrın 3-dən 14-dək Yardımlı, Lerik, Zaqatala, Balakən və Qax rayonlarında məktəblilərin idman qabiliyyəti mütəxəssislər tərəfindən yoxlanılıb.
Layihə çərçivəsində ümumilikdə 1000-ə yaxın şagird nəzərdən keçirilib.
Qeyd edək ki, seçilən məktəblilər Federasiya tərəfindən nəzarətə götürüləcək və onların inkişafının təmin olunması üçün lazımi tədbirlər həyata keçiriləcək.



Rəşad Rafiqoğlu, Bizim.Media