UEFA “Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartalı cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, buna “sarı bülbüllər”in Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsindən keçirilən matçda – “Tvente” ilə cavab qarşılaşmasında meydana gec çıxması səbəb olub.
İstanbul nəhəngi meydana nəzərdə tutulan vaxtdan 1 dəqiqə gec çıxdığı üçün Kartal bir oyunluq şərti cəza alıb.
Sınaq müddəti isə 1 il təyin edilib. Sözügedən mütəxəssis 25 min, “Fənərbaxça” isə 28 min avro cərimə ödəyəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media