"Zirə" və "Sumqayıt" komandaları milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanaraq yoxlama oyunu keçiriblər.
Bizim.Media xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı matç "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 75-ci dəqiqədə Kamran Quliyev vurub. O, penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Zirə" 9 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 19 xalla liderdir. 8 matç keçirən "Sumqayıt" isə 11 xalla 7-cidir.
Bizim.Media