19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Bizim.Media xəbər verir ki, yığma Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Daşkənddəki "Dostluq" stadionunda keçirilən görüşdə Azərbaycanın U-19 millisi 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar oktyabrın 16-da yenidən üz-üzə gələcəklər.
Bizim.Media