Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Araz-Naxçıvan" və "Turan Tovuz" öz aralarında yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında 14 xalla 4-cü, "Turan Tovuz" 11 xalla 6-cıdır.
Bizim.Media