"Neftçi"nin bu yay heyətinə "Spartak"ın müdafiəçisi Leon Klasseni cəlb etmək istəyib.
Bizim.Media xəbər verir ki, Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 23 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırıb.
Amma Klassen bu variantı nəzərdən keçirməyib. Belə ki, futbolçu özü “Neftçi”də oynamaq istəməyib.
Almaniyada dünyaya gəlmiş Leon “1860 Münhen” və “Tirol”da oynadıqdan sonra 2022-ci ildə “Spartak”a keçib. Onun Moskva klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media