“Şalke”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandaya Karel Herarts baş məşqçilik edəcək.
Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 41 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 27-də istefaya göndərilən Tomas Raysı əvəzləyib.
Herarts məşqçilik fəaliyyətinə ötən il başlayıb. O, Belçika “Yunion”una baş məşqçilik edib.
Rəşad Rafiqoğlu, Bizim.Media