Gəncədə yeni stadionun inşası ilə əlaqədar olaraq “Kəpəz” bir müddət ev oyunlarını başqa şəhərdə keçirməli olacaq.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi bir müddət idi ki, stadion axtarışındadı idi.
Bakı və Qəbələ variantları olsa da, Qərb təmsilçisi Tovuz şəhərini seçib. “Turan Tovuz” ilkin olaraq “Kəpəz”in təklifini geri çevirsə də, sonradan tərəflər arasında razılıq əldə olunub.
Xatırladaq ki, Gəncə şəhər stadionu tamamilə sökülərək yerində müasir arena inşa olunacaq. Artıq ölkə prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb və layiləndirmə və tikinti işləri üçün ilkin olaraq 1 miltyon manat vəsait ayrılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media