“Barselona”nın futbolçusu Jül Kunde zədələnib.
Bizim.Media xəbər verir ki, fransalı müdafiəçi La Liqanın “Qranada” ilə matçında xəsarət alıb.
O, sol dizindən zədələnib. Kundenin durumuna müayinələrdən sonra aydınlıq gələcək. Kunde komanda yoldaşı Qavi ilə toqquşmada xəsarət alıb. Bu səbəbdən müdafiəçi 44-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media