"Napoli" rəhbərliyi baş məşqçi Rudi Qarsiyanı istefaya göndərmək variantını nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Klub direktorları bu gün mütəxəssislə komandanın 2023/2024 mövsümündəki nəticələri barədə danışıblar. Qərar "Napoli"nin prezidenti Aurelio De Laurentisin öhdəsinə buraxılacaq.
Xatırladaq ki, Qarsiya bu ilin iyununda “Napoli”yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda bu mövsüm 8 turdan 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizim.Media