"Qalatasaray" Türkiyə Superliqasında 8-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, İstanbul klubu səfərdə "Antalyaspor"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Bu, komandanın ölkə çempionatında ardıcıl 7-ci qələbəsi olub.
"Antalyaspor" - "Qalatasaray" - 0:2
Qollar: Sançes, 58, İkardi, 88
Bu qələbə ilə xalını 22-ə çatdıran (8 oyun) "Qalatasaray" turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
7 oyundan 21 xalla 2-ci pilləyə düşən "Fənərbaxça" sabah "Kasımpaşa"ya qalib gəlsə, yenidən lider olacaq. "Adana Demirspor" 17 xalla (8 oyun) 3-cüdür.
Bizim.Media