“Qarabağ”ın keçmiş futbolçusu: “Qələbə Mutuya uğur gətirə bilər”

“Komandaların hazırkı durumundan asılı olmayaraq, “Neftçi” – “Qarabağ” oyunları hər zaman prinsipial xarakter daşıyır. Bu baxımdan sabahkı qarşılaşma da gərgin və prinsipial olacaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Azərtac”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın IX turunda “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib. 

Futbolçu karyerasında hər iki klubun formasını geyinmiş 53 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda “ağ-qaralar” daha istəkli görünəcək:  

“Çünki mümkün qələbə komandaya növbəti oyunlar üçün inam verə bilər. “Qarabağ”da isə avrokubok oyunlarından sonra motivasiya “Neftçi”yə nisbətən aşağı ola bilər. Amma Ağdam klubunun üstünlüyü ondadır ki, oturuşmuş heyəti var.

Rotasiyalar etmək üçün seçim imkanı genişdir. On görə də bu amillərin “Qarabağ”a təsiri az ola bilər. “Neftçi”də isə heyət elə də geniş deyil. Bir oyunçunun sıradan çıxması komandaya mənfi təsir göstərir”. 

A. Əsədovun sözlərinə görə, “Qarabağ” üç gündən bir oyunlar keçirdiyi üçün sıx qrafika uyğunlaşıb:  

“Düzdür, İsveçdə “Hekken”lə ağır oyunu və uzaq yolu nəzərə alsaq, bərpa prosesi uzun çəkə bilər. Amma dediyim ki, komandanın geniş heyəti var. Avrokubok matçlarında oynamayan futbolçular çempionatda meydana çıxa bilirlər. Bu mənada, “Qarabağ” üçün hər hansı problemin olacağını düşünmürəm”. 

Təcrübəli mütəxəssisin fikrincə, “Qarabağ” üzərində qələbə Adrian Mutuya da özünəinam və gələcək oyunlarda uğur gətirə bilər:  

“Amma rumıniyalı mütəxəssisin işini bu oyunla qiymətləndirmək düzgün deyil. “Qarabağ” 15 ildir Qurban Qurbanovun rəhbərliyi altında çıxış edir. Mutu isə yeni gəlib. Həm özü, həm də transferlər hələ adaptasiya dövrü keçir. Komandaya vaxt lazımdır.

Düşünürəm ki, Mutunun işinə yanvar ayından sonra qiymət vermək olar. Hazırda isə ondan komandanı dərhal liderliyə yüksəltməyi tələb etmək düzgün çıxmaz. Belə məsələlərə peşəkar yanaşmaq lazımdır”. 

O, hər iki komandanın qalib gələ biləcəyini istisna etməyib:  

“Təbii ki, “Qarabağ” favorit sayıla bilər. Amma bu komandalar arasında hər zaman yüksək rəqabət olduğu üçün şansları bərabər sayıram. Çünki “Qarabağ”ın heyətində də müəyyən dəyişikliklərin olacağı gözlənilir. Hər iki komanda qalib gələ, hətta heç-heçə də ola bilər”. 

A. Əsədov bu mövsüm çempionatda bərabər səviyyəli mübarizə getdiyini vurğulayıb: 

 “Mövsümün əvvəlindən “Neftçi”, “Qarabağ” və “Sabah” kimi iddialı komandaları ilk “üçlük”də görsək də, hazırda vəziyyət bir qədər fərqlidir. Məsələn, artıq “Qarabağ”ın iki məğlubiyyəti var, heç-heçə edib. Həmçinin, “Neftçi” və “Sabah” da xallar itirib. İlk dövrə bu komandaların qeyri-sabit oyunu ilə yadda qaldı. Məncə, onların durumunu növbəti dövrələrdə qiymətləndirmək olar”. 

Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq. Səkkiz turdan sonra Ağdam təmsilçisi 16 xalla ikinci, Bakı klubu isə 12 xalla beşinci pillədə qərarlaşıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

End of content

No more pages to load

RADİO