Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba futboldan uzaqlaşdırıla bilər.
Bizim.Media xəbər verir ki, 30 yaşlı futbolçunun verdiyi 2-ci dopinq testinin nəticəsi müsbət olub.
Poqbanın 20 avqust tarixində verdiyi dopinq testi də müsbət çıxmışdı. 30 yaşlı oyunçu qərardan narazı qaldığı üçün yenidən testdən keçməyi tələb edib.
Təcrübəli yarımmüdafiəçinin 2-4 ill müddətinə futboldan uzaqlaşdırılma cəzası alacağı gözlənilir.
Bu halda "Yuventus" Polqanın 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsini vaxtından əvvəl ləğv edəcək.
Bizim.Media