Çimərlik voleybolu tarixində ilk dəfə Avropa Kuboku (Beach Volley European Cup) keçiriləcək.
Bizim.Media xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Türkiyənin Balıkesir şəhəri ev sahibliyi edəcək.
5-8 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda ölkəmiz iki komanda ilə təmsil olunacaq. Qadınların yarışında “AZERRAİL”, kişilərin mübarizəsində isə “MUROV AZ TERMİNAL” komandası kubok uğrunda yarışacaq.
Hər iki komandamız A qrupunda mübarizə apacaq. “AZERRAİL” klubu “Beach Volley Training BEINASCO” (ITA), “RÉ Beach Club” (FRA), “BERGSTRAND BV” (AUT), “Altinyurt Spor Kulübü ISTANBUL” (TUR) komandaları ilə bir qrupda yer alır.
“MUROV AZ TERMİNAL” komandası isə “Beach Volley Training BEINASCO” (ITA), “ABC WÖRTHERSEE” (AUT), “Beachbol La Malva VALENCIA” (ESP), “Kartal Anadolu Spor Kulübü ISTANBUL” (TUR) klubları ilə yarışacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media