“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, H qrupunda yer alan Ağdam təmsilçisi səfərdə İsveçin “Hakken” komandası ilə qarşılaşacaq.
“Hakken” ilk turda Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabı ilə uduzub. “Qarabağ” isə Norveçin “Molde” komandasına Bakıda 1:0 hesabı ilə qalib gəlib. Bu gün qrupun digər matçında “Bayer” “Molde”nin qonağı olacaq.
Avropa Liqası
H qrupu
5 oktyabr
23:00. “Hakken” – “Qarabağ”
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
Göteborq. “Ullevi” stadionu.
Rəşad Rafiqoğlu, Bizim.Media