21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Bakıda, oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq yığma komandalarına qarşı keçirəcəyi oyunların stadionu dəyişdirilib.
Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, hər iki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da deyil, “Azersun Arena”da keçiriləcək.
Hər iki matç saata 18:00-da start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media