Yuventusun hücumçusu Paulo Dibala böyük ehtimalla yay transfer pəncərəsində komandanı tərk edəcək.
Bizim.Media İtaliya idman dərclərinə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 27 yaşlı futbolçunu satmağa qərar verib. Paulo yayda transferə çıxarılacaq.
Qeyd edək ki, Dibala 2015-ci ildən Yuventusda oynayır. Futbolçu bu mövsüm İtaliya A seriyasının 11 matçında iştirak edib, 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.
Xatırladaq ki, daha əvvəl argentinalı oyunçunun Barselonanın hücumçu Antuan Qrizmannla dəyişdiriləcəyi xəbərləri yayılıb.
Bizim.Media