AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.
Bizim.Media AFFA-nın Saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də "TSC Arena"da gerçəkləşəcək.
Bizim.Media