"İnter Mayami" "Real"ın futbolçusu Luka Modriçlə yaxından maraqlanır.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Transfer üçün təşəbbüsü klubun artıq xorvatiyalı müdafiəçi ilə görüş keçirən sahibi Devid Bekhem göstərib.
Bununla belə, komandanın futbolçularından Lionel Messi Modriçi MLS təmsilçisində görməyi daha çox istəyir. Buna baxmayaraq, Luka ən az 2023/24 mövsümünün sonuna qədər "Real"da qalmaq niyyətindədir. Üstəlik, ötən yay Modriç Səudiyyə Ərəbistanından bir klubun böyük təklifini rədd etmişdi.
Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da oynayır.
Bizim.Media