Rüstəm Orucovdan təxribata əl atan erməniyə tutarlı CAVAB

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.

Azərbaycan Atletika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, Atletlər Komissiyasının sədri, “Rio-2016” Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucovun da iştirak etdiyi forumda bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə etmək üçün bir araya gəliblər.

R.Orucovun verdiyi məlumata görə, forumun ilk günündə bir sıra maraqlı məsələlər müzakirə olunub. Həmçinin Rusiya və Belarus idmançılarının yarışlarda hansı status altında çıxış edəcəyi barədə məsələyə də baxılıb.

Forumun birinci günündə erməni idmançı Arsen Culfalakyan təxribat xarakterli çıxış edib. O, müharibə şəraitində olan ölkəsinin hazırda 125 min “qaçqın”ı olduğunu bildirib.

Həmin vaxt Rüstəm Orucov çıxış edərək, dərhal erməni idmançını susdurub. Azərbaycanın tanınmış cüdoçusu bildirib ki, 30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi:

“Biz heç kimin torpağına göz dikməmişik. Əgər hazırda sizdə “qaçqın” varsa, bu, problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib, oradakı sakinlərə ərzaq və tibbi yardım göstərir. Amma 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Əliyalın soydaşlarımız xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilib, soyqırımına məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrilmişdilər”.

Rüstəm Orucovun tutarlı cavablarından sonra erməni idmançı dərhal sakitləşərək fikirlərinə düzəliş edib.

O, əslində, idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmaq lazım olduğunu qeyd edib:

“Mən demək istəyirəm ki, müharibə şəraitində olan bütün ölkələr Olimpiya Həmrəyliyi tədbirlərində iştirak etməlidirlər. Müharibəni idmana qatmaq olmaz. Biz idmançılar öz gücümüzü idman arenasında göstərməliyik”.

Qeyd edək ki, Beynəlxalq Atletlər Forumuna bu gün yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Dünyanın ən böyük çoxayaqlısı: İnsan üçün təhlükəlidir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

End of content

No more pages to load

RADİO