Azərbaycan Basketbol Liqasında (ABL) 2023/24 -cü illər mövsümündə cənub bölgəsini "Cəlilabad" BK təmsil edəcək.
Bizim.Media xəbər verir ki, sonuncu mövsüm "Zirvə" Astara adı ilə çıxış edən "Cəlilabad" klubu yeni mövsümdən etibarən doğma ev oyunlarını Cəlilabad Olimpiya İdman Kompleksində keçirəcək.
Qeyd edək ki, yeni mövsüm öncəsi kompleksdə əsaslı təmir işləri görülüb və yekun tamamlanma işləri bitdikdən sonra arena "Cəlilabad" klubunun istifadəsinə veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media