Azərbaycanın daha iki həndbol klubu Avropa Həndbol Federasiyasının kuboku uğrunda ilk oyunlarını keçirib.
Bizim.Media xəbər verir ki, “Qarabağ” səfərdə İspaniyanın “Qranollers” klubunun qonağı olub.
Oyun 48-15 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə səfərdə oynayıb. Bosniya və Hersoqovinanın “Krivaya” klubu ilə qarşılaşma da yerli komandanın qələbəsi ilə yekunlaşıb – 31-29.
Təkrar oyunlar da bu gün səfərdə olacaq.
Qeyd edək ki, daha əvvəl “Kür” klubu Mingəçevirdə İtaliya təmsilçisi ilə hər iki oynda məğlub olaraq mübarizəni dayandırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media