"Neftçi" bəzi futbolçularla yollarını ayırmaqla yanaşı, əksər oyunçuları komandada saxlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın Rəhman Hacıyevlə işbirliyinə davam etmək fikrində olduğu bildirilir.
Belə ki, məşqçilər korpusu Hacıyevin komandada qalmasını istəyir. Buna görə də, paytaxt klubu mövsümün sonunda müqavilə müddəti başa çatacaq oyunçuya yeni təklif irəli sürüb.
Tərəflər arasında razılıq olunarsa, "Neftçi" Rəhmanın müqavilə müddətini daha bir il artıracaq.
Rəşad Rafiqoğlu, Bizim.Media