Bu gün Misli Premyer Liqasında 8-ci tura start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.
Son çempion "Qarabağ" ötən mövsümün 7-cisi "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq. Qeyd edək ki, tura 30 sentyabr və 1 oktyabr tarixilərində keçiriləcək matçlarla yekun vurulacaq.
29 sentyabr (cümə)
20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
“Azersun Arena”
30 sentyabr (şənbə)
16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Tovuz şəhər stadionu
18:00. “Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”
1 oktyabr (bazar)
16:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Gəncə şəhər stadionu
18:30. Araz-Naxçıvan”– “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
“Dalğa Arena”.
Rəşad Rafiqoğlu, Bizim.Media