“Qarabağ”ın zədəli olan futbolçusu Redon Cica növbəti turda da meydana çıxa bilməyəcək.
Bizim.Media xəbər verir ki, albaniyalı forvard bir həftə sonra komanda ilə birgə məşqlərə başlayacaq.
Cica Avropa Liqasının “Molde” ilə Bakıda keçirilən oyundan öncə məşqdə zədələnmişdi.
8-ci turda “Sumqayıt”la oyunu buraxacaq hücumçu Avropa Liqasının 2-ci turunda İsveçin “Xagen” klubuna qarşı meydana çıxa biləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media