FİFA Müstəqil Etika Komitəsinin Məhkəmə Palatası qurumun keçmiş prezidenti Jozef Blatter və baş katibi Jerom Uolkeni etika qaydaların müxtəlif pozuntularında təqsirli bilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
Blatter və Uolkenin cəzası 6 il 8 ay müddətinə nəzərdə tutulub. Üstəlik, onlar 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.
2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək. (APA)
Bizim.Media