“Səbail” klubu növbəti transferə hazırlaşır. Söhbət fransalı futbolçu Silven Delandan gedir.
Bizim.Media xəbər verir ki, mərkəz müdafiəçisi olan futbolçu ilə danışıqlar artıq yekunlaşıb.
Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilənin imzalanacağını gözlənilir.
Qeyd edək ki, 26 yaşlı Silven Delan vaxtilə İngiltərənin “Portsmut”, “Beri” və “Vulverhempton” klublarında oynayıb. Onun sonuncu klubu isə Macarıstanın “Debretsen” komandası olub.
Rəşad Rafiqoğlu, Bizim.Media