2024-cü ildə UEFA Super Kubokunun keçiriləcəyi məkan müəyyənləşib.
Bizim.Media xəbər verir ki, qarşılaşma Polşanın paytaxtı Varşava şəhərindəki Varşava Milli Stadionunda baş tutacaq.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Millətlər Liqasının 2024-25 mövsümünün qrup mərhələsinin püşkatma mərasiminin isə gələn il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacağı bildirilib.
Rəşad Rafiqoğlu, Bizim.Media