Sentyabrın 28-də gənclərdən ibarət Azərbaycan millisinin üzvü Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə ustalığını artırmaq üçün ABŞ-a yola düşəcək.
Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi Tahir Baxşıyevin kəşf etdiyi 15 yaşında 210 santimetr boya malik gənc istedadı bu oyunun sirlərinə daha yaxından yiyələnmək üçün 1 il müddətində Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və basketbol üzrə hazırlıq kurslarını keçəcək.
Bu hazırlıq prosesində basketbolçumuza peşəkar amerikalı mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media