Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.
Bizim.Media xəbər verir ki, "İstanbulspor" Fatih Tekke ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Fatih Tekke 2022-ci ilin oktyabr ayından "İstanbulspor"un baş məşqçisi postunda çalışırdı.

Rəşad Rafiqoğlu, Bizim.Media