"Neftçi"nin sabiq çalışdırıcısı Laurentsiu Regekampf klubunu dəyişib.
Bizim.Media xəbər verir ki, rumıniyalı mütəxəssis Səudiyyə Ərəbistanının yüksək liqa təmsilçisi "Əl-Tai"nin baş məşqçisi təyin olunub.
Onunla 1 mövsümlük müqavilə imzalanıb.
"Neftçi" bu yay Regekampfla yolları ayırmışdı. O, daha sonra ölkəsində "Universitatya Krayova"nın sükanı arxasına keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media