Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
"Şahdağ Qusar" - "Cəbrayıl", "Ağdaş" - "Lerik" matçlarında qalib müəyyənləşməyib. "Baku Sportinq" isə öz meydanında "Şəki Siti"ni məğlub edib.
"Şahdağ Qusar" - "Cəbrayıl" 0:0
"Baku Sportinq" - "Şəki Siti" 1:0
Qol: Məhəmməd Xəlilov, 74
"Ağdaş" - "Lerik" 0:0
Rəşad Rafiqoğlu, Bizim.Media